525.Az

Milli Qvardiyada 18 Oktyabr Dövlət Müstəqilliyi günü qeyd edildi


 

Milli Qvardiyada 18 Oktyabr Dövlət Müstəqilliyi günü qeyd edildi <b style="color:red"></b>

Oktyabrın 17-də Azərbaycan Respublikasının müstəqilliyinin 27-ci ildönümü münasibətilə Azərbaycan Milli Qvardiyasında tədbir keçirilib.

Tədbir Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdən öncə Azərbaycan Rəssamlar İttifaqının üzvləri–rəssamların vətənpərvərliyi əks etdirən rəsm əsərləri nümayiş etdirilib və daha sonra bu əsərlər Milli Qvardiyaya hədiyyə olunub.

Tədbiri giriş sözü ilə açan Xüsusi Dövlət Mühafizə Xidmətinin nümayəndəsi Faiq Abışov bildirib ki, Azərbaycan bir əsrdə iki dəfə dövlət müstəqilliyinə nail olub. Təəssüflər olsun ki, daxili və xarici qüvvələr 1918-ci ildə nail olduğumuz ilk müstəqilliyimizi əbədi olaraq qoruyub saxlamağa imkan vermədi, lakin 1991-ci il oktyabrın 18-də əldə etdiyimiz dövlət müstəqilliyimizi qoruyub saxlamağa müvəffəq olduq. Əsgərlərimiz fəxr etməlidirlər ki, onlar müstəqil Azərbaycana xidmət edirlər. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir və bizim hər birimizin vətandaşlıq borcumuzdur ki, müstəqilliyimizi qoruyaq"

Birliyin sədri Emin Həsənli çıxış edərək müstəqilliyimizin 27-ci ildönümü münasibətilə təşkil olunan bu tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib, Ulu öndər Heydər Əliyevin sözlərini xatırlayaraq, vətəni qorumaq peşəsinin ən şərəfli peşə olduğunu deyib.

Yazıçılar Birliyinin Hərbi Vətənpərvərlik Komissiyasının sədri Şahin Musaoğlunun çıxışından sonra onun Milli Qvardiya üçün yazdığı marş ifa olunub.

Sonda Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini – Milli Qvardiyanın komandanı general-mayor Akif Yusifov iştirakçıları Fəxri Fərmanlarla təltif edib.

Şahanə MÜŞFİQ

 





18.10.2018    çap et  çap et