525.Az

YARAT-da “Cavid ömrü”nün nümayişi olacaq


 

YARAT-da “Cavid ömrü”nün nümayişi olacaq<b style="color:red"></b>

Oktyabrın 23-ü, saat19:00-da YARAT Film Klubu çərçivəsində rejissor Ramiz Həsənoğlu tərəfindən çəkilmiş “Cavid ömrü” filminin nümayişi olacaq.

Azərbaycanın böyük dramaturqu, 37-ci il repressiyalarının qurbanı Hüseyn Cavidin həyatının ən yaddaqalan məqamları, qəddar rejim qarşısında baş əyməyən ədibin və onun ailə üzvlərinin faciəsini əks etdirən filmə Cavidin ən məhşur pyeslərindən parçalar üzvi şəkildə daxil edilib.

Film rejissor və yaradıcı heyət tərəfindən təqdim ediləcək.

Giriş sərbəstdir.

 





18.10.2018    çap et  çap et