525.Az

"Apple" oktyabrın 30-da yeni "iPad" və "Mac" kompüterini təqdim edəcək


 

"Apple" oktyabrın 30-da yeni "iPad" və "Mac" kompüterini təqdim edəcək<b style="color:red"></b>

"Apple Inc." şirkəti oktyabrın 30-da "Mac" fərdi kompüteri və "iPad" planşetinin yeni versiyalarının təqdimatını edəcək.

Trend-in CNBC-yə istinadən verdiyi məlumata əsasən, təqdimat mərasimi Nyu-York şəhərində keçiriləcək.

Şirkət yalnız hər il keçirilən mərasimin tarix və yerini açıqlayıb, ancaq ekspertlər gözləyir ki, mərasimdə məhz bu yenilənmiş qadjetlər təqdim olunacaq. Xüsusən də, 11-düymlük "iPad Pro"nun təqdimatı gözlənilir. Ehtimal olunur ki, "MacBook Air" kompüterinin ekranı yenilənəcək.

Təqdimat yerli vaxtla 10:00-da başlayacaq.

 





19.10.2018    çap et  çap et