525.Az

Prezident Türkiyədədir


 

<b style="color:red">Prezident Türkiyədədir </b>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün oktyabrın 19-da Türkiyə Respublikasına işgüzar səfər edib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İzmir şəhərinin Adnan Menderes adına hava limanında dövlətimizin başçısını yüksək vəzifəli rəsmi şəxslər qarşıladılar.

Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı türk əsgərlərini salamladı.

 





19.10.2018    çap et  çap et