Azərbaycan hər zaman Türkiyənin yanında olub və qardaş ölkədir.
Trend-in məlumatına görə, bunu STAR Neft Emalı Zavodunun açılışını şərh edərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Azərbaycanın Türkiyənin yanında olması və onun nailiyyətləri Ankaranı sevindirir.
Qeyd edək ki, bu gün İzmir şəhərində SOCAR-a məxsus STAR Neft Emalı Zavodunun açılışı baş tutacaq.