525.Az

BXA tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında


 

BXA tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında<b style="color:red"></b>

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyinin dəstəyi ilə Heydər Əliyev Mərkəzində tələbələr arasında “Heydər Əliyev və Azərbaycan tarixi” adlı V ümumrespublika bilik yarışı keçirilib.

Yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə  əyani təhsil alan tələbələrdən ibarət komandalar iştirak ediblər.  Ümumilikdə yarışda 44 komanda olmaqla 264 tələbə iştirak edib. Reallaşdırılan yarışın məqsədi Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin dərindən öyrənilməsi, ulu öndərin irsinin yaşadılması və gənclər arasında təbliğidir. Münsiflər heyətində Heydər Əliyev Mərkəzi,Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.

Yarışda iştirak edən ali təhsil müəssisələri sırasında Bakı Xoreoqrafiya Akademiyası da olub. Akademiyanın bakalavr pilləsi üzrə təhail alan Ayşə Musayeva, İlkin Əliyev, Vəfa Babayeva, Bəsti Naibova, Mirsamir Əzimzadə, Firuzə Cəfərli magistr pilləsi üzrə isə Gülnar Niftəliyeva və Cavidan Tapdıqlı komanda şəklində ümumrespublika bilik yarışına qoşulublar.

Gərgin mübarizə şəraitində keçən yarışmanın qalibi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası olub.  BXA-nın tələbələrinə isə göstərdikləri fəallığa görə sertifikatlar təqdim olunub.

Xatırladaq ki, “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il keçirilir.

 





19.10.2018    çap et  çap et