525.Az

Beynəlxalq müsabiqədə qalib gələn rəsm əsərlərinin sərgisi


 

Beynəlxalq müsabiqədə qalib gələn rəsm əsərlərinin sərgisi <b style="color:red"></b>

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar bu ilin fevral ayının 26-da Türkiyənin Qazi Universiteti İncəsənət fakültəsi və universitet nəzdində fəaliyyət göstərən türk Sənəti Topluluğunun birgə təşkilatçılığı ilə Türkiyədə ictimaiyyətin diqqətini çəkən "Duyulmayan Çığlıq Hocalı" adlı beynəlxalq rəsm və heykəl müsabiqəsi keçirilib.

Dünən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) sözügedən müsabiqədə qalib olan rəsm və heykəllərin sərgisi təşkil edilib.

Sərginin açılışında çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova Azərbaycan-Türkiyə əlaqələrindən, o cümlədən, ölkələrimiz arasında təhsil sahəsindəki münasibətlərin əhəmiyyətindən danışıb. O, bu əlaqələrin genişlənməsində, Azərbaycan həqiqətlərinin, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarının dünya ictimaiyyətinə çatdırılmasında Türkiyənin böyük xidmətləri olduğunu bildirib. Rektor Xocalı soyqırımının bütün açıqlığı ilə dünyaya yayılmasının, həm də gələcək nəsillərə çatdırılmasının vacibliyini, bu yolda Türkiyənin Azərbaycana hər zaman dəstək olacağını vurğulayıb.

Qazi Universiteti Türk Sənəti Topluluğunun rəhbəri prof. Məltəm Katırancı isə bildirib ki, Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Qazi Universiteti İncəsənət Fakültəsi və Universitet nəzdində fəaliyyət göstərən Türk Sənəti Topluluğunun Azərbaycan Respublikasının Ankaradakı Səfirliyi ilə birgə təşkilatçılığı ilə Türkiyədə ictimaiyyətin diqqətini çəkən "Duyulmayan Çığlık Hocalı" adlı beynəlxalq rəsm və heykəl müsabiqəsi təşkil olunub. Müsabiqənin qaliblərinə mükafat olaraq ölkəmizə səfər vəd edilib. Yüzlərlə tələbə, eləcə də sənət adamları çox yüksək həvəslə sözü -gedən yarışmada iştirak edib: "Qeyd edək ki, bu tədbir Qazi Universiteti incəsənət kafedrasının müdiri, ölkəmizə və xalqımıza olan təmənnasız sevgisi ilə tanıdığımız prof. Alev Çakmaoğlu Kurunun rəhbərliyi altında həyata keçirilib".

S.QARAYEVA

 





19.10.2018    çap et  çap et