525.Az

Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konserti olacaq


 

Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konserti olacaq<b style="color:red"></b>

Dihaj, Əfqan Rəsul, Nərmin Məmmədli, Elina Maysuradze, Teymur Süleymanbəyli, Nərmin Kərimbəyova, Elvin Bəşirov iştirak edəcəklər. Konsertin xüsusi qonağı qismində kubalı musiqiçi Yanssel Castellon rəhbəri olduğu "Los Amigos" qrupu ilə birgə çıxış edəcək.

Trend-in məlumatına görə, qrup üzvləri tamaşaçılara Latın Amerikası və Kubanın zəngin musiqi və ritmlərini təqdim edəcəklər.

Qeyd edək ki, Sarayın foyesində caz musiqisini özündə əks etdirən rəsm sərgisi nümayiş etdiriləcək.

Saat 19:00-da başlayacaq konsertin biletləri 10-40 manat arasında satışa çıxarılıb. Biletləri Heydər Əliyev Sarayının kassasından, şəhərin kassalarından, www.iticket.az saytından onlayn və ASAN xidmət mərkəzlərindən, Gənclik və 28 Mall ticarət mərkəzlərindəki kassalardanəldə edə bilərsiniz.

Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30

 





20.10.2018    çap et  çap et