525.Az

“Əli və Nino” filmi Litvada nümayiş olundu


 

“Əli və Nino” filmi Litvada nümayiş olundu <b style="color:red"></b>

Litvanın paytaxtı Vilnüs şəhərinin ən böyük film mərkəzi olan "Forum Cinemas Vingis" kinoteatrında “Əli və Nino” filminin nümayişi olub.

Azərbaycanın Litvadakı səfirliyindən verilən məlumata görə, film Litva dilinə tərcümə edilərək subtitrlərlə nümayiş etdirilib.

Tədbirdə Litva dövlət və hökumət qurumlarının nümayəndələri, bu ölkədə akkreditə olunan xarici ölkə səfirləri və diplomatları, yerli ictimai-siyasi təşkilatların əməkdaşları, elm və mədəniyyət xadimləri, KİV nümayəndələri, soydaşlarımız, Litva universitetlərində təhsil alan gənclər iştirak ediblər.

Filmdən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.

 





20.10.2018    çap et  çap et