525.Az

ABŞ-da təyyarə avtomobil yoluna endi


 

ABŞ-da təyyarə avtomobil yoluna endi<b style="color:red"></b>

ABŞ-ın Lonq-Aylend adasında (Nyu-York ştatı) təkmühərrikli "Piper Pa-28" təyyarəsi avtomobil yoluna enib.

Trend-in məlumatına görə, insident nəticəsində xəsarət alan olmayıb, təyyarəyə zərər dəyib. Təyyarə Nyu-York ştatının kiçik hava limanından qalxıb və Lon-Aylend adasındakı hava limanında eniş etməli idi.

Eniş zamanı pilot təyyarəni vaxtında saxlaya bilməyib və təyyarə hava limanından kənara çıxıb. Pilot təyyarəni avtomobil yolunda saxlaya bilib.

ABŞ-ın federal aviasiya idarəsi insidentlə bağlı araşdırmaya başlayıb.

 





21.10.2018    çap et  çap et