525.Az

Yaponiyada helikopter 600 kq betonu meşəliyin üstünə tökdü


 

Yaponiyada helikopter 600 kq betonu meşəliyin üstünə tökdü<b style="color:red"></b>

Yaponiyada texniki nasazlıq səbəbindən helikopter 600 kiloqram maye betonu meşəliyin üstünə töküb.

Trend-in NHK telekanalına istinadən verdiyi məlumata əsasən, hadisə Koti prefekturasında, ölkənin cənub-qərb adası Sikokuda baş verib.

Qeyd olunur ki, hadisə nəticəsində xəsarət alan və yaxud dəyən zərər barədə məlumat verilmir.

 





21.10.2018    çap et  çap et