525.Az

Türkiyə sahillərində gəmi batdı, 30 miqrant itkin düşdü


 

Türkiyə sahillərində gəmi batdı, 30 miqrant itkin düşdü<b style="color:red"></b>

Aralıq dənizinin Muğla vilayəti sahillərində gəmi batıb.

Trend-in Türkiyənin Sahil Mühafizəsinə istinadən verdiyi məlumata görə, gəmidə qeyri-qanuni miqrantlar olub.

Hadisə nəticəsində 30 nəfərin itkin düşdüyü bildirilir.

Hazırda axtarış-xilasetmə işləri davam edir.

Xatırladaq ki, oktyabrın 10-da İzmir sahillərində də gəmi batmış, 8 nəfər həlak olmuşdu.

 





22.10.2018    çap et  çap et