525.Az

Mingəçevir-Bəhrəmtəpə yolunun Qarağacı-Bəhrəmtəpə hissəsi açıldı


 

Mingəçevir-Bəhrəmtəpə yolunun Qarağacı-Bəhrəmtəpə hissəsi açıldı<b style="color:red"></b>

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 112 kilometrlik Qarağacı-Bəhrəmtəpə hissəsinin açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

 





22.10.2018    çap et  çap et