525.Az

111-ci Nobel həftəsi başlayır


 

111-ci Nobel həftəsi başlayır<b style="color:red"></b>

Bu gün İsveçin paytaxtı Stokholmda 111-ci Nobel həftəsi başlayır. 2012-ci il Nobel mükafatı laueratlarının adları oktyabrın 8-dən 15-dək açıqlanacaq.

Nobel həftəsini Stokholmdakı Karolina tibb institutunun nəzdindəki Nobel komitəsi açacaq. Bu gün komitə tibb yaxud fiziologiya sahəsində Nobel mükafatının sahiblərinin adlarını elan edəcək.

Növbəti iki gündə isə fizika və kimya sahələrində Nobel mükafatı laureatlarının adları məlum olacaq.

Ədəbiyyat üzrə 2012-ci il Nobel mükafatı laureatının adı isə ənənəyə uyğun olaraq, Nobel həftəsinin dördüncü günündə açıqlanacaq.

Bundan sonra Nobel həftəsi Norveçin paytaxtı Osloda davam edəcək. Norveç Nobel komitəsi sülhün bərqərar edilməsinə görə fərqlənən laureatın adını elan edəcək.

Bu il mükafat siyahısında 231 namizədin adı var ki, onlardan 43-ü ictimai və beynəlxalq təşkilatlardır. Stokholmda bağlanacaq Nobel həftəsinin sonuncu günündə isə İsveç Kral Elmlər Akademiyası iqtisadiyyat üzrə laueratın adını elan edəcək.

Qeyd edək ki, Nobel mükafatının məbləği 10 milyon isveç kronu, yaxud 1 milyon avro təşkil edir. Mükafatın təqdimetmə mərasimi isə, ənənəyə uyğun olaraq, dekabrın 10-da İsveç ixtiraçısı və dilçisi Alfred Nobelin ölümünün ildönümündə Stokholm və Osloda keçiriləcək. Mükafat 1901-ci ildən təqdim olunur və indiyədək 853 nəfər bu Nobel laureatı adını qazanıb. (ANS Press)

 





08.10.2012    çap et  çap et