525.Az

"Nazmehr"dəki zəhərlənmədə ölənlərin meyitləri ailələrinə göndərilib"


 

"Nazmehr"dəki zəhərlənmədə ölənlərin meyitləri ailələrinə göndərilib"<b style="color:red"></b>

Bir neçə gün əvvəl İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində ölən şəxslərin meyitləri öz ölkələrinə göndərilib.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyindən məlumat veriblər.

Səfirlikdən bildiriblər ki, “Nazmehr” quru yük gəmisində zəhərlənmə nəticəsində dünyasını dəyişən 3 nəfər, Əkbər Mənsumi Kərim (1989), Seyid Murtuza Mirhüseyn (1986), Səccad Səyyad Feriydundur (1990) meyitləri ötən gecə İrana, öz ailələrinə göndərilib.

Səfirlik qeyd edib ki, gəmidə zəhərlənən digər 8 nəfər isə hələ Azərbaycanı tərk etməyiblər. “Nazmehr” gəmisi də Xəzərin Azərbaycan sularındadır.

Xatırladak ki, oktyabrın 19-da gecə saat 03 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərindən 12-si zəhərlənib. Hadisə nəticəsində 3 nəfər ölüb, 8 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

 





22.10.2018    çap et  çap et