525.Az

"Azərbaycan Trans-Xəzər dəhlizində əsas tranzit nöqtəsidir"


 

"Azərbaycan Trans-Xəzər dəhlizində əsas tranzit nöqtəsidir"<b style="color:red"></b>

Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi üçün əsas tranzit nöqtəsidir.

Trend-in məlumatına görə, bunu “Qazaxıstan Dəmir Yolları”nın sədr müavini Sanjar Yelyubayev deyib.

S.Yelyubayev bildirib ki, Azərbaycan təkcə yük tədarükünün son məntəqəsi deyil, həm Çindən Avropaya və digər regionlara tranzitin vacib halqasıdır.

Sədr müavini əlavə edib ki, yüklərin tranziti 77 faiz, konteynerlərin tranziti 3,3 dəfə artıb.

 





22.10.2018    çap et  çap et