525.Az

“Nazmehr”də zəhərlənərək ölən şəxslər İranda dəfn edildilər


 

“Nazmehr”də zəhərlənərək ölən şəxslər İranda dəfn edildilər <b style="color:red"></b>

Bir neçə gün əvvəl İrana məxsus “Nazmehr” quru yük gəmisində baş vermiş zəhərlənmə nəticəsində dünyasını dəyişən üç nəfər Ənzəlidə dəfn edilib.

Trend-in məlumatına görə, mərhumların qohumları yerli mətbuata bildiriblər ki, gəmidə dənizçilərin təhlükəsizliyi üçün lazımi standartlar olmayıb, o cümlədən yük vaxtında dezinfeksiya edilməyib.

Onlar hadisənin ciddi şəkildə araşdırılmasını və günahkarların tezliklə cəzalandırılmasını tələb ediblər.

Qeyd edək ki, oktyabrın 19-da gecə saat 3 radələrində Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus “Nazmehr” quru yük gəmisində heyət üzvlərindən 12-si zəhərlənib. Onlardan üçü, Əkbər Mənsumi Kərim (1989), Seyid Murtuza Mirhüseyn (1986), Səccad Səyyad Feriydundur (1990) hadisə nəticəsində dünyasını dəyişiblər.

İlkin ehtimala əsasən, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddədir.

 





23.10.2018    çap et  çap et