525.Az

Gələn il Xəzəryanı ölkələrin sahibkar qadınlarının I forumu keçiriləcək


 

Gələn il Xəzəryanı ölkələrin sahibkar qadınlarının I forumu keçiriləcək<b style="color:red"></b>

Xəzəryanı ölkələrdən olan sahibkar qadınların birinci forumunun 2019-cu ilin aprelində Həştərxanda keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, bu təklifi Həştərxan vilayəti və Azərbaycan tərəfi dəstəkləyib.

“Həştərxan-Azərbaycan” qadın sahibkarlığı forumu 3 gün ərzində keçiriləcək və təxminən 350 nəfər iştirak edəcək.

Tədbir çərçivəsində ustad dərsləri, ekspert sessiyaları, qadın sahibkarların biznes layihələrinin təqdimatı keçiriləcək.

 





23.10.2018    çap et  çap et