525.Az

ADPK birinci oldu


 

ADPK birinci oldu <b style="color:red"></b>

“Məktəbgushesi.az” portalı “Hansı kollecin fəaliyyətini cəmiyyət üçün yararlı hesab edirsiniz?” virtual sorğusu keçirib.

525.az-ın məlumatına görə, sorğunu təşkil etməkdə məqsəd modernləşən təhsil sistemimizin inkişafında strateji istiqamətləri ön plana çəkmək, yeniləşən dünyada təhsilin ayrı-ayrı pillələrinə, o cümlədən, kolleclərə yeni prizmadan yanaşmaqdır.

Bir ay müddətində keçirilmiş sorğuda ümumilikdə 8527 respondent iştirak edib. Tanınmış təhsil ekspertlərinin də yaxından müşahidə etdiyi sorğu qısa zaman ərzində səs verən respondentlər arasında ciddi müzakirə mövzusuna çevrilib.

Sorğu nəticəsində I yeri 4414 səslə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci qazanıb.

 





23.10.2018    çap et  çap et