525.Az

Nazir keçmiş səfiri müşavir təyin etdi


 

Nazir keçmiş səfiri müşavir təyin etdi<b style="color:red"></b> Təhsil Nazirliyində yeni kadr təyinat olub. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib. Təhsil nazirinin əmrinə əsasən Elxan Hüseynov təhsil nazirinin müşaviri vəzifəsinə təyin edilib. Elxan Hüseynov Azərbaycan Dövlət Universitetinin mexanika–riyaziyyat fakültəsini bitirib. 1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib, 1994-cü ildə dosent elmi adı alıb.
1991-1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasının dosenti, 1995-ci ildən BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, 1999-2002-ci illərdə isə birinci prorektor - tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 2002-2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri olub.
 
Təhsil nazirinin digər əmrinə əsasən isə Rəcəb Səttarov Təhsil Nazirliyi Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.
 





16.08.2013    çap et  çap et