525.Az

BDU-nun dosenti X Uluslararası Dünya Dili Türkcə Simpoziumunda


 

BDU-nun dosenti X Uluslararası Dünya Dili Türkcə Simpoziumunda <b style="color:red"></b>

Türkiyənin Əskişəhər Osmanqazi Universitetində X Uluslararası Dünya Dili Türkcə Simpoziumu keçirilib.

Ənənəvi olaraq hər il təşkil edilən simpoziuma dünyanın müxtəlif ölkələrindən çoxsaylı elm adamı qatılıb. Bu mötəbər tədbirdə Bakı Dövlət Universitetini Türkologiya kafedrasının dosenti, həmçinin X Uluslararası Dünya Dili Türkcə Simpoziumunun təşkilat komitəsinin üzvü Qızılgül Abdullayeva uğurla təmsil edib.

Simpoziumun açılış mərasimində türk dünyasının görkəmli dilçi alimləri – professor A.B.Ercilasun, professor D.Yıldırım, professor L.Karahan və başqaları çıxış edərək türk dilinin zəngin imkanlarından, böyük coğrafiyaya malik ünsiyyət dili olmasından danışıb, bu istiqamətdə qarşıda dayanan əsas vəzifələrdən və gələcək perspektivlərdən söz açıblar.

Açılış mərasimindən sonra bölmə iclasları öz işinə başlayıb. Q.Abdullayevanın “XVII əsr Azərbaycan ədəbi dilində dilaket leksikasının tarixi təzahürü” adlı məruzəsi böyük maraqla qarşılanıb.

O həmçinin tədbirin bağlanış mərasimində Azərbaycan nümayəndə heyəti adından çıxış edib.

Sonda təmsilçimizə təşkilat komitəsi tərəfindən sertifikat və xatirə hədiyyələri təqdim olunub.

 





23.10.2018    çap et  çap et