525.Az

Gəncənin bir sıra qədim abidələrin təmir işləri sürətləndirilib


 

17-Cİ ƏSRİN YADİGARLARI OLAN ŞAH ABBAS VƏ UĞURLU XAN KARVANSARALARINDA BƏRPA İŞLƏRİ YEKUN MƏRHƏLƏYƏ ADLAYIB, HƏMÇİNİN, 19-CU ƏSRƏ AİD BİR SIRA MƏSCİDLƏRİN TƏMİRİ YEKUNLAŞIB

Gəncənin bir sıra qədim abidələrin təmir işləri sürətləndirilib  <b style="color:red"></b>

Gəncədə ölkə əhəmiyyətli memarlıq abidələrindən olan bir sıra obyektlərin əsaslı təmir və bərpası istiqamətində işlər sürətləndiriləcək.

Bu sıradan Şah Abbas və Uğurlu xan karvansaralarının uzun müddətdir ki, gedən inşa-bərpa işlərinə diqqət artırılıb. 

Bir qədər əvvəl isə Bala bağman və Qazaxlar məscidlərinin təmiri yekunlaşıb. Bu haqda 2018-ci ilin 9 ayında şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında da söhbət gedib.

Yığıncaqda həmçinin qeyd olunub ki, son illər ölkəmizin dünya miqyasında get-gedə daha çox tanınması coğrafiyamıza gələn turistlərin sayının artmasına əhəmiyyətli təsir göstərib.

Belə ki, 2018-ci ilin doqquz ayı ərzində Gəncə şəhərinə gələn 104 min nəfərədək turistin 8 min 700 nəfəri xarici ölkə vətəndaşıdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə respublikamızın ikinci şəhərini ziyarət edən xarici turistlərin sayı 11,1 faiz çox olub.

Qeyd edilib ki, şəhərdəki tarixi abidələr və digər görməli məkanların abadlaşdırılması da bu proseslərə öz töhfəsini verir.

Xatırladaq ki, tarixən dörd dəfə yerini dəyişmiş Gəncənin indiki ərazisində ən qədim abidələri 17-ci əsrin əvvəlində şərqin görkəmli memarlarından olan Şeyx Bahəddin Məhəmməd Amilinin layihələri üzrə inşa olunub. Yuxarıda adı çəkilən karvansaralar da bu sıradandırlar.

Zakir MURADOV
Gəncə

 





23.10.2018    çap et  çap et