525.Az

"Aprel döyüşləri" kitabının təqdimatı oldu


 

"Aprel döyüşləri" kitabının təqdimatı oldu<b style="color:red"></b>

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı, "Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə "Aprel döyüşləri ən yeni tariximizin qəhrəmanlıq salnaməsidir" adlı layihə çərçivəsində "Aprel döyüşləri" kitabının təqdimatı keçirilib.

"Məhsəti" Şairlər Məclisi İctimai Birliyinin sədri Cavahir Qaraqızı "Aprel döyüşləri" kitabını Aprel döyüşlərində igidlik göstərən oğullarımızın qəhrəmanlığı ilə yanaşı, bütünlükdə bu döyüşün tarixi əhəmiyyətinə, fəlsəfəsinə həsr edilən salnamə adlandırıb. Bildirib ki, kitabda 88 şairin 100-dən çox əsəri toplanıb.

Kitabın redaktoru və "Ön söz"ün müəllifi Ziyadxan Budaq, "Qafqaz Media" İctimai Birliyinin sədri Azadə Hüseynova, filologiya üzrə fəlsəfə doktoru Fəridə Ləman, şairlər Zərəngiz Qayalı, Fərqanə Mehdiyeva və başqaları Aprel döyüşlərinin tarixi əhəmiyyətindən, bu döyüşlərin xalqımıza verdiyi ruh yüksəkliyindən danışıblar. Çıxış edənlər bundan əvvəl Aprel döyüşlərinə həsr edilmiş kitabların hər birində olduğu kimi, bu kitabda da Azərbaycan əsgərinin əxlaqının, mədəniyyətinin, peşəkarlığının, həm də vətənsevərliyinin təbliğ olunduğunu bildiriblər.

Kitabın müasir gənclik və yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar. Təqdimat mərasimində kitabda yer almış əsərlərdən parçalar oxunub.

Tədbir çərçivəsində ən yaxşı əsərlərin müəlliflərinə diplom və xatirə hədiyyələri təqdim edilib.

ŞAHANƏ

 





23.10.2018    çap et  çap et