Oktyabrın 22-də Türk Dil Qurumunun sədri Gürer Gürsevin AMEA Nəsimi adına Dilçilik İnstitutunda olub.
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrindən danışıb.
Akademik elmi-tədqiqat müəssisəsindəki şöbələr, onların strukturu və vəzifələri barədə qonağa ətraflı məlumat verib.
Türk Dil Qurumunun sədri Gürer Gürsevin şöbələrin əməkdaşları və fəaliyyət planları ilə tanışlıqdan məmnun olduğunu, elmi-tədqiqat işlərinin aparılmasında Azərbaycan dilçiləri ilə yaxından əməkdaşlıq edəcəyini söyləyib.