Çində yan-yana olmaq şərti ilə 721 çadırın qurulması Ginnesin Rekordlar Kitabına düşüb.
Trend-in "UPI"yə istinadən verdiyi məlumata əsasən, çadırlar Vuqonqda dağın yamacında qurulub. "Çadır karvanı"nın uzunluğu təxminən 14 kilometrdir.
Təşkilatçıların bildirdiyinə görə, hava şəraiti rekord üçün çox əlverişsiz olub; güclü külək əsib, yağış yağıb. Lakin 200 könüllünün köməyi sayəsində onlar öz məqsədlərinə çata biliblər.