525.Az

Gəncədə 5 yaşlı uşaq faciəvi şəkildə ölüb


 

Gəncədə 5 yaşlı uşaq faciəvi şəkildə ölüb<b style="color:red"></b> Azərbaycanda bədbəxt hadisələr nəticəsində 2 nəfər ölüb.

525.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 6-da Gəncə şəhəri Kəpəz rayonunun Sevinc qəsəbə sakini 5 yaşlı Əbubəkir Məsimovun başı pəncərənin barmaqlıqları arasında qalıb və nəticədə boğularaq ölüb.

Həmin gün Şəki rayonunun Göybulaq kəndi ərazisində kənd sakini Şəmsəddin Osmanov ot daşıyarkən atdan yıxılıb. Xəstəxanaya yerləşdirilmiş Osmanov orada ölüb.
 





08.10.2012    çap et  çap et