525.Az

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır


 

Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır<b style="color:red"></b>

Bakının Səbail rayonunun Badamdar sürüşmə zonasında gərginlik qalmaqdadır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması və süxur qırıntılarının yamac boyu yerdəyişməsi qeydə alınıb.

Sürüşmə müstəvisində olan çatların ölçüsündə nisbi artım müşahidə olunub.

Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik qeydə alınmayıb.

 





29.10.2018    çap et  çap et