525.Az

Bakıda ikinci Azərbaycan Kinomarafonu start götürüb


 

Bakıda ikinci Azərbaycan Kinomarafonu start götürüb<b style="color:red"></b>

Bakıda ikinci Azərbaycan Kinomarafonu start götürüb.
 
525.az-ın məlumatına görə, Azərbaycandan başqa bu sessiyada ABŞ, Meksika, Tayvan və CAR təmsilçiləri də iştirak edəcəklər.

Tədbirdə Gürcüstan, Baltikyanı və MDB ölkələrindən də iştirakçıların olması gözlənilir.

Kinomarafon, əsası 2003-cü ildə amerikalı Cin Co tərəfindən qoyulmuş və beynəlxalq proqram olan, “Cinemasports”un əsnasında keçirilir. Filmlər 10 saat ərzində bütövlüklə hazırlanmalıdır. Bu il hazırlanacaq bütün filmlərin ilk dəfə olaraq Kaliforniyadakı “Mill Valley Film Festival”da və Tayvanda təqdimatı və nümayişi gözlənilir.

“Cinemasports”un məqsədi – hazır işləri qiymətləndirmək deyil, iştirakçılardan ilk növbədə peşəkar hazırlıq yox, kreativlik və intuisiya tələb edən məhdud vaxtın ekstremal şəraitində yaradıcılıq prosessini hiss etdirmək və onlara özlərini ifadə etmə imkanını yaratmaqdır.
ADMİU-nun tələbələri ilə yanaşı, bir çox, həvəslə öz güclərini yoxlamaq istəyən, kinosevər gənclər də sessiyada iştirak ediblər.
GÜNEL

 





08.10.2012    çap et  çap et