525.Az

"Real" Lopeteqeni qovdu


 

"Real" Lopeteqeni qovdu <b style="color:red"></b>

İspaniyanın "Real Madrid" klubu baş məşqçisi Xulen Lopeteqini istefaya göndərib.

Dünən baş tutan idarə heyətinin iclasında ard-arda qeydə alınan məğlubiyyət və xal itkilərindən dolayı klub baş məşqçiylə yollarını ayırıb.

Açıqlamada qeyd olunub ki, klubun oyunçu səviyyəsilə məşqçi heyəti səvyyəsində böyük fərq var. Ona görə də verilən qərar ən doğrusudur. Klubun baş məşqçiliyi isə müvəqqəti olaraq "Real"ın B klubu "Kastiliya"nın baş məşqçisi Santiano Solariyə tapşırılıb.

Bir neçə gün əvvəl "Barselona"ya 5:1 hesabıyla uduzan "Real" son 5 liqa qarşılaşmasının 4-nü məğlub başa vurmuş, birindəsə bərabərliyi qoruya bilmişdi.

Lopeteqi 2018-ci il Dünya Çempionatından əvvəl İspaniya millisini çalışdırdığı halda "Real Madrid"lə razılaşdığını açıqladığı üçün ölkənin futbol federasiyası tərəfindən çempionata 2 gün qalmış vəzifəsindən qovulmuşdu.

"Real"ın hazırda boş olan baş məşqçi yerinəsə ən real namizəd kimi son olaraq "Çelsi"ylə çalışan, mövsümün əvvəlindən işsiz olan italyan mütəxəssis Antonio Konte göstərilir.

 





30.10.2018    çap et  çap et