“2013/2014-cu tədris ili üçün ali məktəbin bakalavr pilləsinə qəbulla bağlı keçirilmiş müsabiqədən uğurla keçmiş şəxslər avqustun 20-dən 29-a qədər qəbul olunduqları ali məktəblərdə qeydiyyata düşməlidirlər”. Bunu Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat katibi Elnur Nağızadə bildirib. Onun sözlərinə görə, tələbələr qeydiyyata düşmək üçün gecikməməli, müəyyən olunmuş vaxta qədər bu proseduru başa çatdırmalıdırlar: “Avqustun 29-a kimi onlar qəbul olunduqları ali məktəbdə qeydiyyata düşməsələr, o zaman bu onların həmin ixtisasdan imtinası kimi qiymətləndiriləcək”.