525.Az

İdmançımız Avropa çempionatında ikinci yer tutdu


 

İdmançımız Avropa çempionatında ikinci yer tutdu<b style="color:red"></b>

Rumıniyanın paytaxtı Buxarestdə 25-27 oktyabr tarixlərində Kempo-karate döyüş növü üzrə Avropa çempionatı keçirilib.

Oxu.Az xəbər verir ki, həmin çempionatda Azərbaycanı təmsil edən FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rüstəm Müslümov 81 kq çəki dərəcəsində Avropa çempionatının gümüş medalını qazanıb.

Qeyd edək ki, R. Müslümov iki dəfə dünya mükafatçısıdır, eyni zamanda, 20-21 oktyabrda keçirilmiş Avrasiya Çempionatında birinci yer tutub.

 





31.10.2018    çap et  çap et