525.Az

Küveytdə ilk dəfə məhbuslar ailə həyatı qurdular


 

Küveytdə ilk dəfə məhbuslar ailə həyatı qurdular <b style="color:red"></b>

Küveytdə cəzaçəkmə müəssisəsidə olan yerli sakin və Misir vətəndaşı ölkənin tarixində ilk dəfə olaraq ailə həyatı qurublar.

Trend-in məlumatına görə, həbsdə olan Küveyt vətəndaşı daxili işlər nazirinin müavininə müraciət edərək ailə həyata qurmağa icazə istəyib. Nazir müavini isə sorğunu müsbət cavablandırıb və iki məhbusun evlənməsinə icazə verib.

İki məhbus evlilik mərasimi üçün məhkəməyə gətirilib, sonra isə türməyə qaytarılıb. Məlumata görə, Küveytdə keçən il başlanılan “Ailənin evi” adlı layihəyə görə, iki məhbus görüşə və ailə həyata qura bilər.

Qeyd edək ki, bu hadisə ölkə tarixində ilk dəfə baş verib.

 





02.11.2018    çap et  çap et