525.Az

Ədəbiyyat İnstitutunun əməkdaşları “Tərəqqi” medalı ilə təltif edildilər


 

Ədəbiyyat İnstitutunun əməkdaşları “Tərəqqi” medalı ilə təltif edildilər <b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

525.az-ın məlumatına görə, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında ədəbiyyatşünaslıq sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Alışanov Şirindil Həsən oğlu

Quliyeva Mahirə Həmid qızı

Yusifov Vaqif Əziz oğlu".

 





05.11.2018    çap et  çap et