525.Az

Ağdamın təmas xəttində yerləşən məntəqələrində 121 ev bərpa ediləcək


 

Ağdamın təmas xəttində yerləşən məntəqələrində 121 ev bərpa ediləcək<b style="color:red"></b>

Prezident İlham Əliyev Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Ağdam rayonunda bərpası nəzərdə tutulan fərdi yaşayış evlərinin yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı:

 





06.11.2018    çap et  çap et