525.Az

Bu il imtahanlarda nəzarət üçün 48 mindən artıq əməkdaş cəlb olunub


 

Bu il imtahanlarda nəzarət üçün 48 mindən artıq əməkdaş cəlb olunub<b style="color:red"></b>

“Bu il imtahan prosesində nizam-intizam və təhlükəsizliyi təmin etmək məqsədilə 48309 nəfər - imtahan rəhbəri, zal nəzarətçisi və buraxılış rejimi əməkdaşı qismindəcəlb olunub”.

Bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Gəncədə "Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: İmtahanlara dövlət və ictimai nəzarətin vəhdəti" mövzusunda keçirilən konfransda deyib.

M.Abbaszadə qeyd edib ki, DİM fəaliyyəti ərzində həyata keçirdiyi bütün tədbirlərdə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, ictimaiyyət nümayəndələrinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə vətəndaş nəzarətinin təşkilinə böyük önəm verib.

Sədr bildirib ki, Dövlət İmtahan Mərkəzinin hal-hazırda keçirdiyi imtahanların məqsədləri və iştirakçıları bir-birindən fərqlənsə də, onların hamısını birləşdirən ümumi cəhətlər var: "İmtahanların hamısının məzmun və standartları müvafiq sahələr üzrə ekpertlərin iştirakı ilə elmi metodlar əsasında müəyyən olunur, imtahanlar keçirilərkən yüksək təhlükəsizlik tədbirləri həyata keçirilir, cavablar avtomatlaşdırılmış sistemlər vasitəsilə və ya müəyyən olunmuş meyarlar əsasında markerlər tərəfindən qiymətləndirilir. 2018-ci il ərzində DİM-in həyata keçirdiyi imthanalarda ümumilikdə 641 517 nəfər iştirak edib. İmtahan prosesində nizam-intizam vətəhlükəsizliyi təmin etmək məqsədilə 48309 nəfər - imtahan rəhbəri, zal nəzarətçisi və buraxılış rejimi əməkdaşı qismində cəlb olunub. Vətəndaşlar hesabat ili ərzində 7 milyon dəfədən çox DİM-in elektron xidmətlərindən istifadə ediblər".

M. Abbaszadə qeyd edib ki, Dövlət İmtahan Mərkəzi fəaliyyəti ərzində həyata keçirdiyi bütün tədbirlərdə ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, ictimaiyyət nümayəndələrinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə vətəndaş nəzarətinin təşkilinə böyük önəm verib.

Tədbirin sonunda Mərkəz tərəfindən keçirilən imtahanlarda fərqlənmiş nəzarətçi-müəllimlər mükafatlandırılıb və onlar "Fəxri fərmanla" təltif edilib.

Qeyd edək ki, konfransda Gəncə vəətraf şəhərlərdə yerləşən ali təhsil müəssisələrinin rektorları, müəllimlər, təhsil şöbələrinin müdirləri, şəhər icra hakimiyyəti və AMEA-nın Gəncə mərkəzinin nümayəndələri, imtahan rəhbərləri, nəzarətçi-müəllimlər və KİV təmsilçiləri iştirak ediblər.

S.QARAYEVA

 





06.11.2018    çap et  çap et