525.Az

Kamal Abdulla Çexiya təhsil, gənclər və idman nazirinin müavini ilə görüşdü


 

Kamal Abdulla Çexiya təhsil, gənclər və idman nazirinin müavini ilə görüşdü<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Çex Respublikasının təhsil, gənclər və idman nazirinin müavini Dana Prudnikova ilə görüşüb.

D.Prudnikovanı universitetdə görməkdən məmnun olduğunu bildirən akademik qonağa universitet haqqında ətraflı məlumat verib. 

Bildirib ki, 1970-ci ildən fəaliyyət göstərən təhsil ocağında bir çox dillər tədris olunur. Kamal Abdulla yaxın zamanlarda ADU-da çex dili, mədəniyyəti və ədəbiyyatının da tədrisinin planlaşdırıldığını söyləyib.

Rektorun sözlərinə görə, ADU-da Çex dili və Mədəniyyəti Mərkəzinin də açılması nəzərdə tutulur.

O ümid etdiyini bildirib ki, Çexiya universitetlərindən birində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi açılacaq.

K.Abdulla Azərbaycanın multikulturalizm sahəsində gördüyü işlərdən danışaraq bu istiqamətdə də birgə əməkdaşlığın mümkünlüyündən söz açıb.

Səmimi qəbula görə ADU rəhbərliyinə öz təşəkkürünü bildirən nazir müavini çex dilinin tədrisi istiqamətində atılacaq addımlara görə əvvəlcədən minnətdarlığını çatdırıb.

Qonaq qeyd edib ki, Çexiyanın universitetlərindən birində Azərbaycan dili və Mədəniyyəti Mərkəzinin açılması üçün əlindən gələn köməyi edəcək.

Sonda D.Prudnikova ADU xatirə dəftərinə ürək sözlərini yazıb.

 





07.11.2018    çap et  çap et