525.Az

175 saylı məktəbdə Bayraq gününə həsr edilmiş tədbir - Fotolar


 

175 saylı məktəbdə Bayraq gününə həsr edilmiş tədbir - <b style="color:red">Fotolar </b>

Bakı şəhəri, Yasamla rayonu 175 saylı məktəbdə Bayraq gününə həsr edilmiş tədbir keçirilib.

Aparıcılar Gövhər Həmdullayeva və Nəsimi Süleymanlı qonaqları salamlayaraq tədbiri açıq elan ediblər.

Ayxan Məmmədlinin “Bayraq” şeirindən sonra üç rəngli dövlət bayrağımız zala gətirilib. Şagirdlər Səadət Hüseynova, Nuranə İbrahimova, Nuray Şükürova göy, qırmızı və yaşıl geyimləriylə bayrağımızın rəmzi mənalarına aid şeirlər söyləyiblər.

Sonra şagirdlər tərəfindən Bayraq gününə həsr edilmiş ədəbi bədii kompozisiya nümayiş etdirilib. Şagirdlərin çıxışları qonaqlar tərəfindən rəğbətlə qarşılanıb. Şagirdlərdən Sənubər Tahirzadə, Nərgiz İsmayılzadə, Əli Əliyev, Araz Alxasov, Zəhra Gülməmmədzadə, Aylin Quliyeva tərəfindən söylənilmiş şeirlər və çıxışlar, Rəhman Pirişovun tarda ifası, Ömər Nəcəflinin ifa etdiyi “Əsgər marşı” mahnısı və.s qonaqların alqışları ilə qarşılanıb.

Tədbirin sonunda məktəbin direktoru Tural Mirzəliyev çıxış edərək qonaqları Bayraq bayramı münasibətilə təbrik edib. Tədbirdə müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər.

Tədbirin təşkilatçısı 5D sinfinin sinif rəhbəri, ingilis dili müəllimi Gülşən Şiriyeva idi.

 





08.11.2018    çap et  çap et