525.Az

"Bayrağım" - Rəşad Məcidin şeiri


 

"Bayrağım" - <b style="color:red">Rəşad Məcidin şeiri </b>

Səni ən çətin
günlərimdə qorudum,
beynimə həkk edib
ürəyimə sarıdım.
Mahnımda,
nəğməmdə gizlədim.
Aya baxıb xatırladım,
ulduzunu sevdim.
Üç rənginə öyrəndim,
hər üzünü sevdim.
Hücumdan, həmlədən qorudum,
küləkdən, tufandan keçirdim,
Bir gün qaldırdım başımın üstünə,
Saxladım,
əymədim.
Zaval yox indən belə,
başımın üstündən
qoymaram yerə.
Sənə təşnəyəm, acam -
əlim-qolum yorulsa,
dişimlə saxlayacam.
Gücü çatmaz
daha nəsə tərpədə,
                kimsə əyə...
Dalğalan,
əs,
açıl yelkən kimi
gedək gələcəyə!

 





09.11.2018    çap et  çap et