525.Az

"Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə etdilər"


 

"Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə etdilər"<b style="color:red"></b>

Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəməri və türkmən qazının Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə dünya bazarlarına tədarükü məsələlərini müzakirə ediblər.

Trend-in məlumatına görə, bu məsələ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun türkmənistanlı həmkarı Rəşid Meredovla görüşü zamanı müzakirə olunub.

M.Çavuşoğlu Türkiyə və Türkmənistanın 2019-2020-ci illərdə Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq proqramını imzaladıqlarını deyib.

Xatırladaq ki, M.Çavuşoğlu Türkmənistanda ikigünlük səfərdədir.

 





09.11.2018    çap et  çap et