525.Az

ABŞ İraqı İrana qarşı enerji sanksiyalarından azad etdi


 

ABŞ İraqı İrana qarşı enerji sanksiyalarından azad etdi<b style="color:red"></b>

Amerika Birləşmiş Ştatlar (ABŞ) İraqı müvəqqəti olaraq İranın enerji sektoruna qarşı sanksiyaların təsirindən azad edib.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Bağdaddakı ABŞ səfirliyi məlumat yayıb.

Belə ki, rəsmi Bağdad Tehrandan 45 gün ərzində qaz və elektrik enerjisi almaqda davam edəcək. Bu müddət ərzində İraq hakimiyyəti ölkənin, ilk növbədə, cənub əyalətlərinin enerji müstəqilliyinin təmin edilməsi üçün addımlar atmalıdır.

 





11.11.2018    çap et  çap et