525.Az

Tramp Parisdə "məhsuldar" görüşlər keçirdiyini bildirdi


 

Tramp Parisdə "məhsuldar" görüşlər keçirdiyini bildirdi<b style="color:red"></b>

ABŞ prezidenti Donald Tramp Fransanın paytaxtı Parisdə ölkəsi üçün "məhsuldar" görüşlər keçirdiyini bildirib.

Trend-in məlumatına görə, ABŞ prezidenti bu barədə öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "Bu gün mənim bizim ölkəmiz üçün çox məhsuldar görüşlər və zənglərim baş tutub. Axşam saatlarında dünya liderləri ilə görüşümüşük!"

Qeyd edək ki, Donald Tramp Fransaya Birinci Dünya Müharibəsinin 100 illiyi münasibəti ilə tədbirdə iştirak etmək üçün səfərə gəlib. Nobarın 10-u D.Tramp Fransa prezidenti Emmanuel Makronlar görüşüb, noyabrın 11-i isə ABŞ prezidentinin Rusiya preizdenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.

 





11.11.2018    çap et  çap et