525.Az

Tikinti materiallarının istehsalı 1 milyard manatı ötəcək


 

Tikinti materiallarının istehsalı 1 milyard manatı ötəcək<b style="color:red"></b>

2018-ci ildə Azərbaycanda 714,4 milyon manat həcmində tikinti materiallarının istehsalı gözlənilir ki, bu da ötən illə müqayisədə 25,8 faiz çoxdur.

Trend-in məlumatına görə, bu barədə 2019-cu və növbəti 3 il üçün proqnoz göstəriciləri və Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyasında deyilir.

Proqnozlara əsasən, növbəti illərdə də tikinti materiallarının istehsalı artacaq. Belə ki, 2019-cu ildə bu göstərici 778 milyon manat, 2020-ci ildə 866,3 milyon manat, 2021-ci ildə 929,1 milyon manat, 2022-ci ildə isə bir milyard manatdan çox olacaq.

Konsepsiyada qeyd olunduğu kimi, yaxın illərdə tikinti materialları sektorunda prioritet istehsalın dayanıqlığı, məhsul keyfiyyətinin beynəlxalq standartlara uyğun artırılması, bu sektora investisiyaların cəlb olunması, müasir texnologiyaların tətbiqi, ixracın stimullaşdırılması, eləcə də ekoloji təmiz məhsul istehsalının təmin edilməsi olacaq.

 





12.11.2018    çap et  çap et