525.Az

Lukaşeviç: "Atəşkəs münaqişənin nizamlanmasında irəliləyiş üçün mühüm şərtdir"


 

Lukaşeviç: "Atəşkəs münaqişənin nizamlanmasında irəliləyiş üçün mühüm şərtdir"<b style="color:red"></b>

"Atəşkəs Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş üçün ən mühüm şərtdir".

"Report" xəbər verir ki, Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəliyinin rəsmi "Twitter" səhifəsində yer alan bu fikirlər Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviçə məxsusdur.

"ATƏT-in Minsk qrupunun həmsədrlərinin tərəflərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı həll yollarını işləyib hazırlamasında kollketiv vasitəçi kimi səyləri təqdirə və şərtsiz dəstəyə layiqdir", - A.Lukaşeviç belə düşünür.

O, Azərbaycan və Ermənistan rəhbərlərinin bu il sentyabrın 28-də Düşənbədə MDB Dövlət Başçılarının Şurası çərçivəsində "intensiv əlaqələri"ni yüksək qiymətləndirib.

"Təmas xəttində və Azərbaycan və Ermənistan arasındakı sərhəddə nisbi sabitlik qorunur, atəşkəs rejiminin pozulmaları ilə bağlı halların sayı azalır", - Rusiyanın daimi nümayəndəsi qeyd edib.

O, tərəfləri təmas xəttində gərginliyin azaldılması üçün əlavə tədbirlər görməklə bağlı müsbət tendensiyanı davam etdirməyə çağırıb.

 





12.11.2018    çap et  çap et