525.Az

Səudiyyə Ərəbistanı PEC-in ləğv olunacağı məlumatlarını təkzib etdi


 

Səudiyyə Ərəbistanı PEC-in ləğv olunacağı məlumatlarını təkzib etdi<b style="color:red"></b>

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falih OPEC-in ləğv olunacağı ilə bağlı məlumatları təkzib edib.

“Report” bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Mən sizi əmin edə bilərəm ki, OPEC-in ləğv olunması planları yoxdur”,- nazir bildirib.

Qeyd edək ki, ötən həftə “The Wall Street Journal” nəşri Səudiyyə Ərəbistanının Kral Abdulla Neft Araşdırmaları mərkəzinin OPEC-in dağılması ehtimalını və bunun neft bazarı üçün mümkün nəticələrini araşdırdığı barədə məlumat yaymışdı.

 





12.11.2018    çap et  çap et