525.Az

Qəzza zolağından İsrail ərazisinə 200 raket buraxılıb


 

Qəzza zolağından İsrail ərazisinə 200 raket buraxılıb<b style="color:red"></b>

Qəzza zolağından İsrail ərazisinə 200 raket buraxılıb.

Tremd-in məlumatına görə, bu barədə İsrail müdafiə ordusunun mətbuat xidməti xəbər verir.

Bildirilir ki, raketlərdən 60-ı "Dəmir günbəz" hava hücumundan müdafiə sistemləri ilə vurulub: "İsrailin cənub rayonlarında xəbərdarlıq siqnalları səslənməkdədir. Bundan əlavə xəbərdarlıq siqnalları Ölü dəniz sahillərində sakinləri və turistləri mümkün raket hücumları haqqında xəbərdar etmək üçün siqnallar səslənir".

Qeyd edilir ki, raketlərdən biri ölkənin cənubunda avtobusa dəyib, bir nəfər ağır yaralanıb.

İsrail ordusu raket zərbələrinə cavab olaraq Qəzza zolağında terrorçuların obyektlərinə hava zərbələri endirir.

 





13.11.2018    çap et  çap et