525.Az

"Əsas hədəf fəal gənclərin işlərini ictimaiyyətə geniş şəkildə çatdırmaqdır"


 

"Əsas hədəf fəal gənclərin işlərini ictimaiyyətə geniş şəkildə çatdırmaqdır"<b style="color:red"></b>

Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 100-dən çox gənclər təşkilatının V Respublika sərgisi keçirilir.

Trend-in məlumatına görə, sərginin açılışından sonra jurnalistlərə açıqlama verən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, bu kimi sərgilər ölkədə fəal olan gənclərin işlərinə böyük təkan verir:

“Bu gün gənclər təşkilatlarının artıq sayca V Respublika sərgisi keçirilir. Ənənəyə görə, sərgidə Azərbaycanın aparıcı gənclər təşkilatlarının fəaliyyəti, dövlət gənclər siyasəti çərçivəsində keçirilən proqramlar nümayiş olunur.

Düşünürəm ki, bu kimi sərgilərin keçirilməsində əsas hədəf cəmiyyətdə olan fəal gənclərin işlərini ictimaiyyətə geniş şəkildə çatdırmaqdır”.

Nazir müavininin sözlərinə görə, sərgidə 11 gənclər evi və 85 gənclər təşkilatı iştirak edir.

 





13.11.2018    çap et  çap et