525.Az

Meksika ilə kinematoqrafiya sahəsində əməkdaşlıq müzakirə olundu


 

Meksika ilə kinematoqrafiya sahəsində əməkdaşlıq müzakirə olundu <b style="color:red"></b>

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova və Dövlət Film Fondunun direktoru Rasim Salmanov ilə görüşlər keçirib.

Meksika Səfirliyindən verilən məlumata görə, görüş iki ölkə arasında kinematoqrafiya sahəsində əlaqələri inkişaf etdirmək məqsədi daşıyıb.

Hər iki görüşdə ikitərəfli münasibətlərdən danışılaraq mədəni sahədəki əlaqələrin dinamikası müsbət qiymətləndirilib. Azərbaycan tərəfi milli kinonun tarixi, eyni zamanda, kinematoqrafiya ilə bağlı müəssisələrin fəaliyyəti haqqında bir sıra məlumatlar təqdim edib.

Səfir R.Labardini rəhbərlik etdiyi diplomatik nümayəndəlik tərəfindən kino sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verərək, Bakıda baş tutan Meksika Kino Festivalını nümunə gətirib. O, bu cür tədbirlər zamanı yerli publikanın Meksika mədəniyyətinə olan xüsusi marağını qeyd edib.

Tərəflər Meksika kinosunun Azərbaycanda daha çox təşviq olunması imkanlarını müzakirə edərək həm ölkə paytaxtında, həm də regionlarda müvafiq festival və tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

C.ABASOV

 





13.11.2018    çap et  çap et