525.Az

Bu il 100-dək yaşayış məntəqəsi qazlaşdırılıb


 

Bu il 100-dək yaşayış məntəqəsi qazlaşdırılıb<b style="color:red"></b>

Cari ildə “Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən 99 yaşayış məntəqəsinə təbii qaz verilib.

Bu ilin yanvar-oktyabr ayları ərzində 2848 kilometr yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 208,8 kilometr qaz kəməri əsaslı təmir olunub.

Bu il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Tərtər, Zərdab, Kürdəmir, Qax, Quba, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 99 yaşayış məntəqəsi təbii qazla təmin edilib.

 





13.11.2018    çap et  çap et