525.Az

Rəsmilər “Gənclərin Töhfəsi” İctimai Birliyinin fəaliyyəti ilə tanış oldular


 

Rəsmilər “Gənclərin Töhfəsi” İctimai Birliyinin fəaliyyəti ilə tanış oldular<b style="color:red"></b>

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə noyabrın 13-də “Baku Crystal Hall”un Media Mərkəzində 100-dən çox gənclər təşkilatının təmsil olunduğu V Respublika sərgisi açılıb.

V Respublika sərgisində gənclər təşkilatlarına özlərini təqdim etmək, nailiyyət və imkanlarını göstərmək, təcrübə mübadiləsi aparmaları və ictimai əlaqələrini genişləndirmək üçün əlverişli şərait yaradılıb. Sərginin açılışına rəsmi şəxslər qatılıblar.

Sərgidə gənclər sektorunda aktiv fəaliyyət göstərən “Gənclərin Töhfəsi” İctimai Birliyi də öz stendi ilə iştirak edib.

Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov “Gənclərin Töhfəsi” İctimai Birliyinin stendi ilə tanışlıq zamanı təşkilatın gördüyü işlər, həyata keçirdiyi layihələr, tədbirlər, görüşlər, aksiyalarla bağlı birliyin sədri Asim Vəliyevdən məlumat alıblar.

A.Vəliyev, xüsusilə, birliyin həyata keçirdiyi GMO-lu (Gen Modifikasiya Olunmuş) məhsullara qarşı ictimai maarifləndirmə kampaniyası, yaratdığı Qida Təhlüksiziliyi üzrə İctimai Monitorinq Qrupu və özünün və Birliyin İcraçı direktoru Məhsəti Hüseynovanın müəllifliyi ilə çap etdiyi “Qida təhlükəsizliyi və insanı məhvə aparan silah: GDO” kitab haqqında ətraflı məlumat verib.

Qeyd edək ki, sərgi Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.4-cü yarımbəndinin (Gənclər təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması və gənclərin ictimai fəaliyyətə cəlb olunmalarının stimullaşdırılması məqsədi ilə sərgilərin təşkil edilməsi) icrası istiqamətində təşkil olunub.

 





14.11.2018    çap et  çap et