525.Az

«Azərsu» payız-qış mövsümünə hazırlaşır


 

«Azərsu» payız-qış mövsümünə hazırlaşır

«Azərsu» Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində kanalizasiya infrastrukturunun və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən 525.az saytına verilən məlumata görə, bura kanalizasiya kollektorlarının, yağış sularının axıdılması xətlərin və yağış barmaqlıqlarnın tikilməsi ilə yanaşı, onların mütəmadi yuyulması daxildir. «Azərsu» ASC-nin təsdiq etdiyi proqrama uyğun olaraq payız-qış mövsümünə hazırlıqla əlaqədar bu istiqamətdə işlər xeyli sürətləndirilib.

Artıq Bakı şəhəri Neftçilər prospektində yol infrastrukturunun yenilənməsi ilə əlaqədar burada olan kollektorların, yağış barmaqlıqlarının və baxıcı quyuların yuyulması başa çatdırılıb. Bundan başqa paytaxtın digər küçə və prospektlərində də payız-qış mövsümünə hazırlıqla əlaqədar anoloji işlər həyata keçirilir. Təkcə avqust ayı ərzində yağış sularının axıdılması üçün 17 km uzunluğunda kollektor, 980 ədəd yağış barmaqlığı və 415 ədəd baxıcı quyu yuyulub təmizlənib. Bu işlər intensiv yağıntılar zamanı yaranan suların normalar axıdılmasına imkan verəcək və küçələrdə yağış sularının toplanmasının qarşısını alacaq.

Qeyd edək ki, son 6 ay ərzində Bakı şəhərində 204 km uzunluğunda kanalizasiya xətti, 58 km uzunluğunda yağış kollektoru, 11 min baxıcı quyu və 7 min yağış barmaqlığı yuyulub. Proqrama əsasən mövsümün sonuna kimi yuyulmağa ehtiyacı olan kollektorların, yağış barmaqlıqlarının və baxıcı quyuların təmizlənib başa çatdırılması nəzərdə tutulub.

BƏXTİYAR

 





03.09.2012    çap et  çap et